Türkiyəli aktrisa Fatma Toptaş şəxsi həyatı ilə gündəmə gəlib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evlilik hazırlığında olan aktrisa nişanlası Gürkan Topçu ilə ayrılıb.
Cütlük fikir ayrılığı səbəbi ilə bu qərarı alıb.
Qeyd edək ki, 6 il öncə eşq yaşamağa başlayan cütlük 3 il öncə nişanlanmışdı.