Ərindən boşanmaq istəyən Günel GÖRÜN NƏLƏR DANIŞDI
18 fevral 2022 22:09 (UTC +04:00)

Ərindən boşanmaq istəyən Günel GÖRÜN NƏLƏR DANIŞDI

Müğənni Günel Məhərrəmova 12 il əvvəlki toy şəkillərini sosial şəbəkədəki səhifəsində paylaşıb.

Lent.az-ın məlumatına görə, ifaçı paylaşımında bu sözləri qeyd edib%

"Hər zaman sual verirsiniz: "Günel xanım, ailəli olmusunuz? Toyunuz olub?"

Bəli, əlbəttə, sevib-seçdiyim insanla ailə həyatı qurmuşam. Təmtəraqlı toyum olub. Oğul övladı dünyaya gətirmişəm. Heç kəsin nə ailəsini dağıtmışam, nə də qanunsuz uşaq dünyaya gətirmişəm.

Şükür Allaha, tərbiyəli, namuslu ailədə doğulmuşam. Mənim nə tərbiyəm, nə də ailə vəziyyətim buna yol verməzdi ki, qanundankənar uşaq dünyaya gətirəm, ya da başqalarının ailəsinin bədbəxtliyi üzərində öz xoşbəxtliyimi qurum. Buna heç mənim vicdanım da yol verməz. Sadəcə, bəzən bəzi ağzı göyçəklər xoşa gəlməz, ürəkbulandırıcı suallar verirdilər, bu da onlara cavab olsun".

Qeyd edək ki, Günel bir müddət öncə həyat yoldaşından boşanmaq istədiyi barədə verdiyi açıqlama ilə gündəmə gəlmişdi: "Yoldaşım Kiyevdə, mən burada yaşayıram. Rəsmən boşanmasaq da, amma artıq fikirləşirəm ki, bu münasibət çox getməyəcək. Artıq özüm də bir çox qərarlar vermişəm. Oğlum da görür hər şeyi. Məsələn, ad günü olur, atası heç onu təbrik belə etmir. Ona görə artıq qərarlarımı vermişəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7248
avatar

Yalçın UĞUR

Oxşar yazılar