Xalq artisti Aygün Bayramova ilə Əməkdar artist Gülüstan Əliyeva barışıb.
Lent.az-ın məlumatına görə, Gülüstan Əliyeva bu barədə “Zaurla Günaydın” verilişində danışıb:
"Sən demə, proses gizli gedirmiş. Nazəkət Teymurova bəzi söhbətlər etdi. Hər şey yaxşıdır. Küsülü deyildik, amma qaranlıq məsələlərə açıqlama gətirdik. İkimiz oturduq, söhbət etdik. Danışdıq, bildik ki, əslində belə deyil. Nə onun məndən, nə mənim ondan inciməyə səbəbim var".