Elza:  “Görməmiş kimi evlərini, maşınlarını göstərirlər”
04 dekabr 2023 13:37 (UTC +04:00)

Elza: “Görməmiş kimi evlərini, maşınlarını göstərirlər”

“Bilmirsən müğənni kimdir. Hamısı üzdən, səsdən bir-birilərinə oxşayırlar. Adları da  vəsiqələrində yazılmış həqiqi adları deyil. Hamısı özünə təxəllüs götürüb. Saçı uzun Suray xanım, beli incə, ombası böyük. Onlara “armudu stəkan” deyib, armudu stəkanı təhqir etmək istəmirəm”. 

Lent.az-ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Elza “Maqazin plyus” verilişində səsləndirib.

Müğənni belə həmkarlarını manqurt adlandırıb.

“Onlar savadsız yox, manqurtdurlar. Hər şeylərini itiriblər. Manqurtlar görməmiş kimi evlərini, avtomobillərini nümayiş etdirirlər. Onlara bilmirəm, qartımış deyim və ya sonradan görmüşlər deyim. Bunlar hər şeydən dönmələrdirlər. Abır-həyaları yoxdur”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5352
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar