Elşad Xose  psixiatriya xəstəxanasına yerləşdirildi
28 iyul 2026 16:25 (UTC +04:00)

Elşad Xose psixiatriya xəstəxanasına yerləşdirildi

0

Tanınmış repçi Elşad Xose psixiatriya xəstəxanasına yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Məlumata əsasən, repçinin səhhətində ciddi narahatlıq yaranıb və o, bir neçə gün əvvəl Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Məlumatı dəqiqləşdirməkdən ötrü əməkdaşımız Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən Lent.az-a bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şəxsin psixi sağlamlığına, o cümlədən psixiatriya və narkoloji xidmətlərdən istifadə etməsinə dair məlumatlar tibbi sirr hesab olunur və fərdi tibbi məlumatların məxfiliyi dövlət tərəfindən qorunur.

Bu səbəbdən hər hansı şəxsin psixiatriya və ya narkoloji tibb müəssisəsində qeydiyyatda olub-olmaması barədə məlumat üçüncü şəxslərə və ya kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz. Belə məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda, şəxsin özünün razılığı ilə və ya məhkəmə, istintaq və digər səlahiyyətli dövlət orqanlarının qanuni tələbi əsasında açıqlana bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar