Lent.az dünyanın 10 ən varlı xanımının siyahısını təqdim edir. Onlar bu vəsaiti necə qazanıblar, hansı şirkətləri idarə edirlər? Oxuyun, biləcəksiniz.
10-cu yerdə 18 milyard dollarlıq vəsaitlə Cina Raynxard dayanır. O, atasının dəmir hasilatı biznesinin yeganə varisidir. 69 yaşı var.
Siyahımızda 9-cu yerdə dayanan Ayris Fontbona 23 milyard dollar vəsaitin sahibidir. Bu varidat ona 2005-ci ildə vəfat etmiş milyarder ərindən qalıb. Ailə faydalı qazıntıların istehsalı ilə məşğuldur. 80 yaşı var.
8-ci yerdə Suzanna Klatten dayanır. O 24 milyard dollarlıq vəsaitlə BMW şirkətinin varisidir. 60 yaşı var.
7-ci yerdə Makkenzi Skott dayanır. O 29 milyard dollar vəsait sahibidr. AMAZON şirkətinin rəhbəri Cef Bezosun keçmiş arvadıdır. 52 yaşı var.
6-cı Rafaella Apont dayanır. O öz 31 milyard dollarını özü qazanıb. Böyük gəmi şirkətinin rəhbəridir. 78 yaşı var.
5-ci yerdə Mariam Adelson dayanır. 36 milyard dollarlıq sərvət ona ərinin bağışladığı qumarxanalardan qalıb. 77 yaşı var.
Dördüncü yerin sahibi Jaklin Marsın 38 milyard dolları var. O Mars şirniyyat şirkətinin rəhbəridir. 83 yaşı var.
Üçüncü yerdə Yuliya Kox dayanır. 59 milyard dollarlıq sərvət ona atasından və ərindən qalıb. 60 yaşı var.
İkinci yerdə Ellis Uoltonun adı gəlir. Bu xanım 61 milyard dollara sahibdir. Volmart şirkətlər şəbəkəsinin hazırkı sahibidir. 73 yaşı var.
Birinci yerdə Fransua Betankur Mayers dayanır. 90 milyard sərvəti olan bu xanım LOreal kosmetik brendinin sahibidir. 68 yaşı var.