“TC Candler” və “Independent Critics” nəşrləri tərəfindən hazırlanan “Dünyanın ən gözəl 100 qadını” siyahısına xaricdə pərəstişkarlarının sayı günü-gündən artan 3 türk gözəlinin də adları daxil eedilib. Onların üçü də məşhur aktrisalardır.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ötən il də siyahıda yer alan “ Qızılcıq şərbəti”nin baş rol oyunçusu Sıla Türkoğlu türk gözəlləri arasında ən yüksək reytinqə malik ad olub.
Ondan sonra siyahıda aktrisa Özge Yağızın adı çəkilib.
Hande Erçelin adı da bu il yenidən siyahıya salınıb, lakin o 100 gözəldən ən sonuncusu hesab edilib.