Dünyaca məşhur aktrisa Sofia Vergara keçmiş əri Co Manganiellonun qarderobunu qarışdırıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, O, ərinin paltarlarından götürüb. Bu yarızarafat, yarıciddi söz-söhbətə Verqaranın son şəkli səbəb olub.
Adətən sinə dekoltesi ilə diqqət çəkən libaslar geyinən Verqara ötən gün Kaliforniyada görüntülənib. O, əyninə "boyfriend " cins şalvar və onun üçün bir neçə ölçü böyük olan köynək geyinib.
Həmin ağ köynək Sofiya Verqara haqqında da zarafatcıl şərhə səbəb olub. Çoxları, "Məncə, evləri ayırmadan əvvəl Sofiya Co-nun soyunub-geyinmə otağına girib. Bu köynəkdə onlardan biridir" deyə yorumlar yazılıb.