Amerikalı müğənni Teylor Svift Braziliyada verdiyi konsert zamanı səhnədə boğulmağa başlayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, müğənninin halı istiyə görə pisləşib. Rio-de- Janeyronun 37 dərəcə istisi onun halını xarab edib. Müğənni mahnısını yarımçıq kəsib dincəlməli olub.
Braziliyada 3 konsert verməyi planlayan 23 yaşlı Teylorun 2 konserti isti havaya görə təxirə salınıb.