Dilan Polat haqqında YENİ MƏHKƏMƏ QƏRARI
15 noyabr 2023 16:25 (UTC +04:00)

Dilan Polat haqqında YENİ MƏHKƏMƏ QƏRARI

“Çirkli pulların yuyulması” və “vergidən yayınma” ittihamları ilə həbs olunan türkiyəli məşhur sosial media fenomeni Dilan və Engin Polata yeni ittiham irəli sürülüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Polat cütlüyünün vəkili Sevinç Horoz noyabrın 10-da Sülh Cəza Məhkəməsinə müraciət edərək cütlüyün həbsinə etiraz edib.

Həbs etirazı ilə bağlı məhkəmə hələlik bir qiymətləndirmə aparmayıb. Fenomenin Banu Parlak gözəllik mərkəzinin vurulması ilə bağlı aparılan istintaq çərçivəsində təhrikçi olduqları iddia edilən Engin Polat, həyat yoldaşı Dilan Polat və atası Sezgin Polatın dünən ifadələri alınıb.

Gərgin təhlükəsizlik tədbirləri altında Küçükçekmece Ədliyyə Sarayına gətirilən şübhəlilər "Atışma hadisəsi ilə heç bir əlaqəmiz yoxdur" açıqlamasını verib.

Lakin Dilan Polat və Engin Polat silahlı hücuma təhrik etdikləri üçün onlara qarşı yeni ittiham irəli sürülüb. Qərardan şoka düşdüyü bildirilən Dilan Polat əri Engin Polata üz tutaraq günahlarının olmadığını vurğulayıb. İddiaya görə, göz yaşlarına boğulan Polat "Sevgili Engin, bu bizim günahımız deyil. Bütün bunları Allaha həvalə edirəm" deyə qışqırıb.

Qeyd edək ki, Dilan Polat saxlanılma prosesində dəfələrlə ağlayıb və huşunu itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15957
avatar

Fidan İlqar

Oxşar yazılar