Müğənni Alla Puqaçovanın sevimli paltarlarını tikən dizayner Lyubov Aksenova iki ilə yaxındır Rusiyada yaşamayan divanın niyə mühacirət etmək qərarına gəldiyini açıqlayıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, sənətçinin çoxdankı dostunun dediyinə görə, hər şey onun övladları ilə bağlıdır: “Əvvəlcə onlar haqqında düşünməli idi! Uşaqlarını necə tərk edə bilərdi? Alla hesab edir ki, atadır. Və onları böyütməlidir. Sabah onun başına nə gələcəyini heç vaxt bilmirsən”.
O əlsavə edib ki, Puqçova "bir yığın yara"səbəbiylə uzunömürlülüyünə çox inanmır.
Bundan əlavə, Aksenova xaricdə həyatın müğənni üçün asan olmadığını düşünür.