Damlanın ABŞ-a getməsinə  mane oldular
17 oktyabr 2024 14:37 (UTC +04:00)

Damlanın ABŞ-a getməsinə mane oldular

Müğənni Damla hazırda ABŞ-də təhsil alan oğlunu 10 aydır görə bilmədiyini deyərək kövrəlib.

 Lent.az xəbər verir ki, müğənni bu barədə qatıldığı proqramda bildirib. O, səfirlikdən ABŞ-a gedə bilmək üçün viza ala bilməyib. Buna Amerikada yaşayan soydaşlarımız səbəb olub. 

"Amerikada yaşayan həmyerlilərimiz oğlumun orada universitetə qəbul olduğunu biləndə fikirləşiblər ki, mənim də vizam var və orada Novruz bayramı ərəfəsində konsert verim. Sənədlərimi hazırladım və müsbət cavab gəldi. Həmin ərəfədə təşkilatçılar afişa hazırladılar.  Xəbərim olmadan bilet satışı başlayıblar.

Səfirlikdən zəng gəldi, səfir konsert afişasını göstərdi ki, bizi aldadırsınız, konsert verməyə gedirsiniz. Necə olub onlara göndərilib, bilmirəm. Günah qazanır və bir ananın ahını alır. Yenə imtina gəldi. Səfir xanımla üz-üzə dayanmışıq. Pasportu qaytaranda beynim dondu”, - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2613
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar