Çox əcaib MƏHKƏMƏ QƏRARI : Növbə Hazal Kayaya çatdı
20 aprel 2023 09:56 (UTC +04:00)

Çox əcaib MƏHKƏMƏ QƏRARI: Növbə Hazal Kayaya çatdı

Türkiyənin məşhur simaları Ezgi Mola, Farah Zeynep Abdullah, Melek Mosso və Hazal Kaya 18 yaşlı İpək Erə təcavüz edən Musa Orxana “təcavüzkar” dedikləri üçün ittiham ediliblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Ezgi Mola tviterdə Musa Orxan barəsində paylaşımına görə, mühakimə olunub və 6960 lirə cərimələnib. Ezgi Molaya dəstək olaraq tviterdə paylaşım edən Farah Zeynep Abdullah da “təcavüzkar” dediyinə görə, 1300 lirə cərimələnib.

Bundan əlavə Musa Orxan bu ilin yanvarında müğənni Melek Mossonu təhqiredici tvit atdığı üçün məhkəməyə verib. Melek Mosso 2 il 4 ay həbs cəzası ilə ittiham edilir. Aktrisa Hazal Kaya da tviterdə Musanın bunu gəlir mənbəyinə çevirdiyini bildirib. Musa Orxan haqqında yazılanlara görə, Hazal Kayanı da məhkəməyə şikayət edib.

Qeyd edək ki, Musa Orxan 18 yaşlı İpək Erə təcavüz etdiyinə görə, cəmi 6 günlük həbsdən sonra sərbəst buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2877
avatar

Arzu Qurbanlı

Oxşar yazılar