Müğənni Qədir Qızılsəs “Ona qalsa” verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, həyat yoldaşı onu qısqanmır:
“İnsanlar bizi öpə bilərlər. Hamısı sənətimizə olan dəyərdəndir. Bəzən üzümdə dodaq boyası izi olanda evdə silirlər. Bizi öpəndə köynəyimizə də dodaq boyası dəyə bilər. Burda nə var ki? Onu evdə səmimi qəbul edirlər. Bizi xalq öpə, qucaqlaya da bilər. Hər şey də ola bilər”.