Çimnaz Sultanova: "O, mənim ən böyük zərbəm idi"  - VİDEO
20 iyul 2022 10:48 (UTC +04:00)

Çimnaz Sultanova: "O, mənim ən böyük zərbəm idi" - VİDEO

Aktrisa və müğənni Çimnaz Sultanova evindən oğurluq edən şəxs haqqında danışıb. 

Lent.az xəbər verir ki, Çimnaz bu barədə "Maqazin plyus" verilişində söhbət açıb. O, bildirib ki, ötən il evindən bahalı əşyalar oğurlayan şəxs onun rəfiqəsi olub:

"Həmin şəxs mənim rəfiqəm idi, biz dostluq etmişdik. Həmçinin bir yerdə işləmişdik, evimizə də gedib gəlirdi. O, mənim ən böyük zərbəm idi. Etibar etdiyim yaxın insandan belə bir zərbə almaq..."

Qeyd edək ki, Çimnaz Sultanova vurğulamışdı ki, hadisə 2018-ci ildə baş versə də, oğurluq edən şəxs hələ də cəzasız qalıb. 

Çimnaz Sultanova evindən oğurluq edən şəxs barəsində danışıb

# 6333
avatar

Nigar Namiq

Oxşar yazılar