Çağla Şikəl Artonun vardövlətinə ƏL QOYDU
07 avqust 2023 17:00 (UTC +04:00)

Çağla Şikəl Artonun vardövlətinə ƏL QOYDU

Türkiyəli məşhur model Çağla Şikəl Artonu məhkəməyə verib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün əmlakı müsadirə edilən aparıcı Artonun təzminat ödədiyi öyrənilib.

Ötən illərdə “YouTube” kanalında "Mini ətək ilə oturub qalxmaq" adlı video yayımlayan Çağla Şikel, Artonun "Öncə sinəni göstərməməyi öyrən" şərhindən sonra hərəkətə keçib. 1 milyon lirə təzminat iddiası qaldıran Çağla Şikelin işi ilə bağlı qərar verilib. Onun var-dövlətinə əl qoyulub.

Qeyd edek ki, Şikəlin bu videosunu görən Arto məşhur model haqqında "İnsanların ədəb-ərkanı var. Onlara oturub durmağı öyrətməkdənsə, televizorda 70 milyon insana sinələrini göstərməməyi öyrətsinlər" deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5325
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar