Bu it “Oskar” mükafatına namizəd oldu
24 oktyabr 2024 12:24 (UTC +04:00)

Bu it “Oskar” mükafatına namizəd oldu

Ryan Reynolds və Hug  Cekman ilə“Rosamaxdan olan Deadpool” filmində rol alan Peggi Puges adlı köpək “Fido” mükafatının qalibi adı uğrunda mübarizə aparacaq.

 Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, “Fido” mükafatı itlər üçün “Oskar” mükafatına bərabərdir.

Təşkilatçılar qeyd ediblər ki, bu il mükafata iddialı olan köpəklər çox fərqli və gözəldirlər.

Pegginin sahibi Luk Middleton öz ev heyvanı ilə fəxr etdiyini qeyd edib. O, həmçinin Ryan Reynolds və Hug Cekkman ilə eyni filmdə oynamasına baxmayaraq, itinin ulduz xəstəliyinə tutulmayacağına ümid etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1581
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar