Amerikalı məşhur müğənni Britni Sprisin fitnes məşqçisi Sem Asgari ilə boşanması barədə xəbər yayılandan sonra ilk dəfə görüntülənib.
Lent.az-ın xəbərinə görə, 41 yaşlı müğənninin Kaliforniyada “Dave's Hot Chicken” restoranından çıxarkən çəkilən fotosunu “Daily Mail” yayıb.
İki mühafizəçinin müşayiəti ilə restorandan çıxan müğənni çiyinləri ağ və çəhrayı rəngli köynəkdə və qısa cins şortda olub.
Qeyd edək ki, avqustun 16-da Britni Sprisin fitns məşqçisi Sem Asgari ilə evliliyinin sona çatdığı barədə məlumat yayılıb. Buna səbəb bir müddət əvvəl Britni Sprisin ərini aldatdığı barədə yayılan məlumatlar olub. Sem Asgari buna dözməyib və müğənninin evini tərk etməyə qərar verib. Sem Asgari məhkəməyə müraciət edərək mənəvi zərərə görə kompensasiya tələb edir. Ancaq cütlük boşanacağı təqdirdə Sem Asgarinin praktiki olaraq müğənnidən heç nə ala bilməyəcəyi bildirilir. Çünki güclüyün nikah müqaviləsinə əsasən, bütün əmlak Britni Sprisə qalmalıdır.
Avqustun 19-da Britni Spirs sosial şəbəkədə paylaşımında bildirib ki, hazırda emosiyalarını ifadə etməsi çətindir, artıq Sem Asgari ilə birlikdə deyil. Müğənni baş verənləri izah etmək fikrində olmadığını, bunun heç kimə dəxli olmadığını vurğulayıb. Britni Spirs eyni zamanda pərəstişkarlarına mənəvi dəstəyə görə təşəkkür edib.