Amerikalı müğənni Britni Spirsin atası Ceymi Spirsin ayağı amputasiya edilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Spirsin ayağının infeksiyaya yoluxmasıdır.
Bir neçə həftə əvvəl ifaçının atası infeksiyaya yoluxduğu üçün xəstəxanaya yerləşdirilib. Həkimlər onun üzərində 5 əməliyyat keçirib, heç biri də istənilən nəticəni vermədiyi üçün ayağının amputasiyasına qərar verilib.
Məlumata görə indi sənətçinin atası qızına qəyyumluğunun sona çatması ilə bağlı şırınqaya görə özünü çox yaxşı hiss etmir. Mənbələr Ceymi Spirsin yeganə məqsədinin müğənni ilə barışmaq olduğunu deyir.
Eyni zamanda, Britni Spirsin də yumşaldığı və atası üçün darıxdığı deyilir. Hətta müğənninin atası üçün pul göndərməyi düşündüyü də iddialar arasındadır.