Dünyaca məşhur müğənni, aktrisa Britni Spirs mətbəx bıçaqları ilə təhlükəli rəqs edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni həmin rəqsi əks etdirən videonu yayıb. Videoda 41 yaşlı Britni Spirs rəqs zamanı əlində iki böyük mətbəx bıçağı tutur.
“Bu gün mətbəxdə bıçaqla oynamağa başladım! Narahat olmayın, bunlar əsl bıçaq deyil!” – ulduz izləyicilərini arxayınlaşdırıb.
Həmin görüntüləri təqdim edirik: