Amerikalı müğənni Britni Spirs istirahətdən görüntülər paylaşıb.
Lent.az “Daily Mail”ə istinadən xəbər verir ki, hazırda Britni Spirs şəxsi yaxtası ilə tətilə çıxıb.
41 yaşlı ifaçı İnstaqram səhifəsində bikinili fotolarını izləyiciləri ilə bölüşüb.
Həmçinin, o, Los-Anceles sakinlərindən də şikayətlənib.
“Mən bunu deyəcəm... Los-Ancelesdə gözəl bir evim var, amma oradakı insanlar məni qorxudurlar!!” – deyə, o bildirib.