Ancelina Colinin rusiyalı milyarder Yuri Şeflerə satdığı keçmiş şirkəti "Nouvel" aktrisanın keçmiş əri Bred Pitti məhkəməyə verir.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, ulduz boşanmadan əvvəl ortaq sahib olduqları "Chateau Miraval" üzüm bağını qarət etməkdə günahlandırılıb. İddia ediblər ki, Pitt hovuzun və səsyazma studiyasının təmirinə milyonlarla dollar xərcləyib.
O, həmçinin üzüm bağının fəaliyyət göstərdiyi təşkilatın idarə heyətinə müstəqil direktorlar təyin etməkdən imtina edərək, şirkətin şərab zavodunu idarəçilik hüququnu da əlindən alıb.
İddia ərizəsi verən hüquqşünaslar hesab edirlər ki, aktyor "Nouvel"ə 350 milyon dollardan çox borcludur.
2022-ci ilin iyununda Pitt iddia edib ki, Coli intiqam almaq üçün "Chateau Miraval"dakı payını satıb. O, keçmiş həyat yoldaşını satış faktını ondan qəsdən gizlətməkdə ittiham edib. Öz növbəsində Coli deyib ki, o, artıq bu biznesin aparılmasında iştirak etməyəcək, çünki “spirt onun ailəsinə ziyan vurub”.