Beyonsun konsertində fanatı doğum sancısı keçirdi
11 sentyabr 2023 17:20 (UTC +04:00)

Beyonsun konsertində fanatı doğum sancısı keçirdi

Dünyaca məşhur müğənni Beyonsun konserti zamanı fanatı doğum sancısı keçirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da müğənni Beyonsun pərəstişkarı onun konsertində uşaq dünyaya gətirməyə başlayıb. Sancılar ulduzun çıxışının ortasında başlayıb. Sara Frensis Cons əri ilə birlikdə Beyonsun “Kaliforniya”dakı konsertinə qatılıb. Konsert stadionda baş tutub və proqram tam sürətlə davam edən zaman qadın doğuş etməyə başladığını hiss edib. Qadın və əri təcili olaraq stadionu tərk edərək ən yaxın xəstəxanaya gedib. 
Sara Nola adını verdiyi qızını dünyaya gətirdiyini də açıqlayıb.
"Əgər biz bunu sənədləşdirməsəydik, heç kimin buna inanacağını düşünmürəm" deyə Cons fikrini qeyd edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2637
avatar

Oxşar yazılar