Pərəstişkarı müğənni Beyonsun hədiyyə etdiyi eynəkləri milyon yarım rubla (20 min manata) satmaq istəyib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxs İtaliya brendi olan “Off-White”ın gün eynəklərini satmağın səbəbini açıqlayıb.
O, aksessuardan ayrılmağın onun üçün çətin olduğunu bildirib:
“Eynəyi sataraq gəliri ailəmə və karyerama yatırmağı planlaşdırıram. Beyonsun mənə hədiyyə verməsi həyatımın ən yaxşı xatirəsi olaraq qalacaq”.
Qeyd edək ki, eynək iyulun 4-də hərraca çıxarılacaq.