Müğənni Beyons açıq hava konsertləri zamanı komandasından unitazları daşımağı xahiş edir.
Lent.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
“The Sun” belə bir yükün daşınmasını təmin etmək üçün sənətçinin minlərlə dollar ödədiyini vurğulayır.
Qeyd olunub ki, ona və ətrafına tez-tez böyük yeməkxanalardakı VIP zona verilir. Digər personalın 50 metrdən az yaxınlaşması qadağandır. Qəzet qeyd edir ki, onlara qalan yeməkləri götürmək də qadağandır.