Türkiyəli məşhur müğənni Edisin sağ ayağı burxulub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o jurnalistlərə açıqlamasında deyib.
Müğənni bildirib ki, səhhəti ilə bağlı problem onun işlərini çox çətinləşdirib:
“Konsertlərim ləğv olundu, işlərim gecikdi. Bu müddət ərzində idmanla məşğul ola bilmədim. İndi yaxşıyam. Demək olar ki, sağalmışam. Tezliklə konsertlərimizə başlayırıq. İlk konsertim Azərbaycanda olacaq. Bakının ən böyük zallarından biri olan “Baku Crystal Hall”da çıxış edəcəm. Bu zalda konsert verən ilk türk müğənni olacam”.
Qeyd edək ki, Edis mayın 6-da “Baku Crystal Hall”da konsert verəcək.