Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva evlənəcəyini açıqlayıb.
Lent.az xəbər verir ki, Cihangirdə küçələrin birində müxbirlərlə rastlaşan model məsələ ilə bağlı danışıb.
O, tezliklə ailə həyatı quracağını bildirib.
“Tezliklə evlənəcəyəm. Evlilik təklifi aldım. Mütləq gəlib çəkərsiniz. Adı Daviddir”, - Musayeva deyib.
Bildirilir ki, aktrisa müxbirlərdən uzaqlaşdıqdan sonra küçədə “Evlənirəm” deyərək qışqırıb.
Günay Musayeva 2011-ci ildə türkiyəli aktyor Tolqa Karel ilə ailə həyatı qurub. Ancaq 4 il sonra 2015-ci ildə qalmaqallı şəkildə boşanıblar. Onların bu evlilikdən bir oğlu var.
Günay Musayeva və Tolqa Karel