Azərbaycanlı məşhur müğənni  BOŞANDI   - XƏYANƏT...
28 mart 2022 10:37 (UTC +04:00)

Azərbaycanlı məşhur müğənni BOŞANDI - XƏYANƏT...

Azərbaycanlı müğənni Günel Məhərrəmova həyat yoldaşından ayrılıb.

Lent.az-ın məlumatına görə, ifaçı “Həmin Zaur” verilişində bildirib ki, xəyanətə görə boşanıb:

"Deyə-deyə boşatdınız, eyib deyil. Mənəm-mənəm deyən insanların qızları 2-3 dəfə boşanıb. Mən ondan çox bərk incimişəm, küsmüşəm. Onun da səbəbi var. Bir şeyi görmüşəm, tutmuşam və bağışlamıram".

Xatırladaq ki, G.Məhərrəmova 2010-cu ildə İlkin adı qohumu ilə ailə qurub.  

Qeyd edək ki, Günel bundan öncəki açıqlamasında bunları demişdi: "Yoldaşım Kiyevdə, mən burda yaşayıram. Rəsmən boşanmasaq da, amma artıq fikirləşirəm ki, bu münasibət çox getməyəcək. Artıq özüm də bir çox qərarlar vermişəm. Oğlum da görür hər şeyi. Məsələn, ad günü olur, atası heç onu təbrik belə etmir. Ona görə artıq qərarlarımı vermişəm". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5283
avatar

Yalçın UĞUR

Oxşar yazılar