Türkiyədə adından tez-tez söz etdirən Nəsrin Cavadzadənin psixoloji sarsıntı keçirdiyi bildirilir.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa bu yaxınlarda çimərlikdə çılpaq şəkildə günəşlənərkən çəkilən fotoları ilə gündəm olmuşdu. Həmin şəkillər sosial şəbəkələrdə yayıldıqdan sonra Cavadzadənin evdən çölə çıxmadığı deyilir.
Məlumata görə, onun şəkillərinə gələn şərhlərdən sonra aktrisa stress keçirib və özünü evə qapadıb.
Aktrisanın mənzilindən çıxmadığı və tez-tez ağladığı iddia edilir.