Hər kəsin fərqli musiqi zövqü var. Bəzi insanlar pop, bəziləri isə daha sakit mahnılar sevir. Bəzən elə musiqilər olur ki, insanın ruhunu oxşayır. Hər o musiqi gələndə sanki, özünü tapırmış kimi hiss edirsən.
Müasir dövrümüzdə sosial şəbəkələr vasitəsi ilə belə mahnılar daha çox trendə düşür. Mahnıların ən çox trendə düşməsinə isə “Tik Tok” və “YouTube” kömək edir.
Lent.az son bir həftədə trendə düşən mahnıların siyahısını təqdim edir:
Siyahıda ilk olaraq Aygün Kazımovanın “Parol” mahnısıdır. Bu mahnı bir həftədə “YouTube” və “Tik Tok” da ən çox izlənən mahnılar içərisin də birinci pillədə yer alır.
Siyahının ikinci pilləsində Talib Tale və Zeynəb Həsəni-“Basqadı” mahnısı yer alır. Çıxdığı gündən trendə qalmağı bacarıb.
Siyahının üçüncü pilləsində Madteen x Ressam və Çinare Məlikzadə “Mən istədim” mahnısı yer alır. Bu mahnı ilə insanlar “Tik Tok” sosial şəbəkəsində minlərlə videolar çəkərək paylaşıb.
Siyahıda dördüncü pillədə Xatire İslamın “Yenə də” mahnısı durur. 2020-ci illər də təqdim olunan mahnı illər sonra yenidən trendə düşüb.
Siyahının sonuncu məşhur mahnısı Röya ft. Vüqar Biləcəri-“Eşqim” olub. Son bir həftədə yenidən trendə düşməyi bacarıb.