Məşhur türk seriallarından tanıdığımız Alina Boz və İlayda Alişan yaxın dostları Ece Bölükbaşla çimərlikdə görüntüləniblər. Soyuq su səbəbindən üzmək istəyən dostların yaşadıqları çətin anlar kameralara əks olunub.
Lent.az xarici mediyaya istinadən məlumat verir ki, dostlar Çeşmə sahilində çimməyə gediblər. Balaca qızını suya alışdırmağa çalışan Ece Bölükbaşa əvvəlcə kömək edən Alina Bozun görüntüləri kameralara tuş gəlib. Bir müddət sonra qızını atasına təhvil verən Bölükbaş bikinisini dəyişib dostları ilə dənizə getmək istəyib. Soyuq sudan tərəddüd edən qızlar cəsarətlərini toplayaraq eyni zamanda dənizə atılıblar.
Bir neçə dəqiqəlik üzgüçülükdən sonra üç gözəl üşüyərək günəş çətirlərinə qayıdıblar.
Digər tərəfdən isə, ötən həftə yaxın dostları Cihan Şimşək və Sinem Şimşekin toyuna qatılan Alina Boz bütün təşkilata kömək etdiyini bildirib; "Biz hamımız uşaqlıq dostlarıyıq. Bütün günü onlara kömək etdim. Buna görə çox xoşbəxtəm. Mən emosionalam, elə indi də" deyib.
Alina Boz, jurnalistlərin "Bunu sizin üçün həm təcrübə, həm də hazırlıq adlandıra bilərikmi?" sualına "Belə şeylər qismət. Uğurlar dostlar. Bu suallar məni heç vaxt tərk etməz" deyə, gülümsəyərək cavab verib.