Türkiyəli məşhur müğənni Aleyna Tilki oteldən qovulub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Aleyna Tilki dostları ilə birlikdə Cihangirdə otel otağında əyləncə keçirmək istəyib.
O, dostluq qrupu ilə Cihangirdəki "Big Peace Hotel"də qonaqlıq verib. Gecə saat 2-də başlayan əyləncə çox səs-küy olduğu üçün qonşuları narahat edib. Xəbərdarlıqlara məhəl qoymayan müğənni əylənməyə davam edib. Ətrafdakı insanların məkan sahibinə şikayəti nəticəsində məşhur müğənninin otağını boşaltması istənilib.
İddiaya görə, Tilki otel sahibinə "pulunu ödəmişəm" deyib. Qısa münaqişədən sonra Aleyna Tilki dostları ilə birlikdə oteli tərk etmək məcburiyyətində qalıb.