Türkiyədə "Ailə" serialındakı Devin obrazı ilə diqqət çəkən Serenay Sarıkaya keşməkeşli eşq həyatı ilə gündəmdə qalıb.
Lent.az xəbər verir ki, Sarıkaya uzun müddət həm tənha, həm də susqunluğunu qoruyurdu.
Aktrisanın "Antidepresant" mahnısı ilə şöhrət qazanan müğənni Mert Dəmirlə eşq yaşamağa başladığı iddia edilib.
İşinin gərginliyindən sevgiyə vaxt tapa bilmədiyini deyən Sarıkaya ötən həftə “Həyatında kimsə varmı?” sualına “Kim olacaq? Nə vaxt? “Tənhalıq çox gözəldir” deyə cavab verdi. Mert Dəmirin adı bir müddətdir aktrisa Seray Kaya ilə hallanır.