Aktrisa:   "Qadınlara qarşı allergiyam var" - VİDEO
26 dekabr 2022 13:11 (UTC +04:00)

Aktrisa: "Qadınlara qarşı allergiyam var" - VİDEO

"Mənə həmişə deyirlər ki, kişilərin tərəfini saxlayıram. İnsan kimi yanaşanda görürəm ki, onların da missiyası ağırdır. Ayrıseçkilik edib qadınlara haqq qazandırmayaq. Özü də indiki qadınlar var ha, məndə onlara qarşı allergiya var".

Lent.az xəbər verir ki, bu sözləri aktrisa Gülşad Baxşıyeva "Düzünə qalsa" verilişində deyib. O, qadınların ünvanına tənqidi fikirlər sğyləyib:

"İndiki qadınlar çox tələbkar olurlar, çünki rahatlıqda yaşayırlar. Evin içində, başına su tökülmür. Bilmir ki, pul necə qazanılır. Ürəyi istəyəndə çay içir, televizora baxır. Deyir ki, uşaq mənə əziyyət verməsin. Hamı bu yolu keçib də.

İndiki gəlinlər hazır evə gedirlər. Deyir, mən istəyirəm həyat yaşayım, ərim məni təmin eləsin. Mənə elə gəlir ki, onlarda zehni baxımdan gerilik var. Gərək kişi gedib oğurluq etsin? Onda sən də başsız qalacaqsan da. Əziyyətsiz bir həyat yaşamaq istəyirlər. Bütün günü salonlarda olmaq və s. Guya bu qadın yaşamaq istəyir, amma o kişi yox!".

Qeyd edək ki, Gülşad Baxşıyeva "Bəxt üzüyü" filmində Sara obrazı ilə tanınıb.

Aktrisa Gülşad Baxşıyeva həmcinslərini belə tənqid etdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2529
avatar

Nigar Namiq

Oxşar yazılar