Türkiyəli məşhur aktyor Halit Ergenc qatıldığı bir proqramda uşaqlıqda çox dəcəl olmasından danışıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o dəfələrlə dırmaşdığı divarlardan, ağaclardan yıxılaraq qolunu, qıçını qırdığını deyib.
“Amma əzilsəm də, yaralansam da sakitləşmirdim. Uşaqlığım ağac təpələrində keçib. Hətta bir dəfə ağacın başında yorulub yatıb qalmışam. Küçəmizdəki ən uca bir ağaca dırmanmışdım, yəqin hərəkətli bir gün olub, ağacın budaqlarını bərk-bərk qucaqlayaraq orda yuxuya getmişəm. Anamın bağırtılarına yuxudan oyandım. Gecə idi və hər kəs məni axtarırdı. Ağacdan düşüncə anam məni öncə döydü, sonra da qucaqlayaraq ağladı”, - o bildirib.
Halit Ergenc həyatda çox rahat, şən bir adam olduğunu və rollarındakı insandan fərqləndiyini bildirib:
“Gözlənilməz hərəkət edən biriyəm. Məsələn, çox ciddi bir məclisdə zarafatla bağıra, kimisə qorxuda, əyləndirə bilərəm”