Xatirə bu dəfə əri ilə Vasifin CAVABINI VERDİ: "Məni niyə yerə vurursan?" - VİDEO
05 mart 2020 10:29 (UTC +04:00)

Xatirə bu dəfə əri ilə Vasifin CAVABINI VERDİ: "Məni niyə yerə vurursan?" - VİDEO

Əməkdar artisti Vasif Məhərrəmlinin müğənni həmkarı Xatirə İslam barədə dediyi sözlər cavabsız qalmayıb.

Lent.az-ın məlumatına görə, Xatirə sosial şəbəkədə video paylaşaraq, bu sözləri deyib:

“Fəxrəddin, Vasif Məhərrəmli səni yaman tərifləyib. Bəlkə, ona ürək sözlərini çatdırasan? Bilirəm ki, Vasif o sözü niyə deyib. İstəyir hər kəsə tanıtsın ki, sən necə adamsan. Pis xüsusiyyətlərin də var, aydan arı, sudan duru deyilsən. Amma yaxşı xüsusiyyətin daha çoxdur.

Vasif, sənə təşəkkür edirəm. Sən mənim 21 illik dostumsan. Çox sağ ol ki, ailəmə milyonların qarşısında belə dəyər verdin. Adam qəfil oxuyanda pisinə gəlir, düzdür, pis yazmayıblar. Vasif, mənə nə olub ki? Bəzən açıq geyinirəm, haradasa hansısa sözü danışıram, o zaman yazırlar ki, bunun yoldaşı hara baxır? Vasifin məqsədi odur ki, səni yaxşı tanıtsın. Adam səhv də danışa bilər, problem deyil. Vasif mənə deyir ki, pis demişəm? Fəxrəddin yaxşı oğlandı.

Vasif, mən də heç pis qız deyiləm. Deyirəm ki, yuxarı qaldırırsansa, ikimizi də qaldır. Məni niyə yerə vurub, onu qaldırırsan? Dostlarımla münasibətim çox səmimidir. Problem yoxdur. Həmişə deyirəm ki, mənə hörmətiniz varsa, onu yoldaşıma edin. Artıq-əskik hərəkət edəndə, söz danışanda yoldaşımın adını çəkməyin”.

Qeyd edək ki, V.Məhərrəmli Lent.az-a müsahibəsində bu sözləri demişdi:

“Fəxrəddinin savadına, dünyagörüşünə heyranam. Bir neçə dil bilir. Buna qibtə edirəm. Yeri gələndə Xatirəni ona yaraşdırmıram. Düzünü bilmək istəyirsinizsə, Fəxrəddin daha yaxşısına layiqdir. Xatirə inciməsin. Ona hər zaman o barədə bəxtəvərçilik verirəm. Deyirəm, get gecə-gündüz dua et ki, qarşına belə insan çıxıb: saf, təmiz, ağıllı, savadlı”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 102392
avatar

Yalçın UĞUR

Oxşar yazılar