Xalq artistləri Röya Ayxanla Brilliant Dadaşova barışıb.
Lent.az-ın məlumatına görə, Röya bu barədə “Show news” verilişində danışıb.
“Toyda Brilliant Dadaşovanın olacağını biləndə, ora 10 dəqiqə tez gedirəm ki, söhbət edəm. Axırda məni gülə-gülə qapıdan qovur ki, çıx, səsin batdı. Brilliant Dadaşova ilə gözəl dostluğumuz var, onu çox sevirəm. Yaxşı ki, belə sənətkarım var. Hər şeyi bir-birimizə söz eləsək, sevgi qalmaz”.