Aparıcı Rövşanə Ağasəfqızı müğənni Manaf Ağayevin ifası barədə danışıb.
Lent.az-ın məlumatına görə, aparıcı “Səhər-səhər” verilişində bildirib ki, M.Ağayevin ifalarını bəyənmir: “Qulaq asmıram. Çalışıram ki, onları təbliğ etməyim. Manaf bəy gözəl insan, yaxşı dostdur. Amma onun ifa etdiyi janra qulaq asa bilmirəm. Yəqin ki, məndən incimərsiniz. Mən jurnalistəm, öz fikrimi deyirəm”.
Rövşanənin sözlərinə müğənninin cavabı isə bu cür olub: “İndi o janrda oxuyanlara sual verəcəm ki, Rövşanəni bəyənirsiniz? Açığını bilmək istəyirsinizsə, özümdən başqa yaxşı oxuyan müğənni tanımıram”.