Rafael Dadaşovun mualicə xərclərini öz üzərinə götürdü - VİDEO
04 dekabr 2019 10:45 (UTC +04:00)

Rafael Dadaşovun mualicə xərclərini öz üzərinə götürdü - VİDEO

Xalq artisti Rafael Dadaşovun səhhəti ilə bağlı yeni xəbər var.

Lent.az-ın məlumatına görə, “Səni axtarıram” verilişinə qonaq olan Xalq artistinin müğənni qızı Səidə Dadaşova bildirib ki, atasının səhhəti ağırdır: "Atam hazırda reanimasiyadadır. Yanına girə bildim, ancaq yatdığından narahat etmək istəmədim".

Səidə onu da deyib ki, Mərkəzi Neftçilər Xəstəxanası ondan müalicə üçün pul tələb edir:

"Mənə zəng edib dedilər ki, Səidə xanım, bizə yaxınlaşın, yuxarıdan təlimat gəlib. İki günün müalicəsi üçün ödəniş etməlisiniz. Verilişdən sonra gedib onu ödəyəcəyəm".

Xalq artistinin reanimasiya şöbəsində müalicəsi davam edir. Həkimlər vəziyyətini ağır stabil qiymətləndirir.

Sonra Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Nadir müəllim telefon zəngi ilə efirə qoşulub. O, bildirib ki, R.Dadaşovun bütün müalicə xərcləri pulsuz olacaq:

“İndi vəziyyəti stabildir. Rafael bəy 10 il öncə bizdə əməliyyat olunmuşdu. Bİr az təngnəfəs olurdu. Biz də onu müayinə etdik. Aydın oldu ki, təngnəfəslik ağ ciyərləri ilə bağlıdır. Bu gün 2-3 dəfə yanında olmuşam. İntensiv terapiya palatasındadır. Mənə dedilər ki, Rafael bəy gəlib. Dedim ki, ona hər şey ödənişsizdir. O, burada təmənnasız müalicə olunacaq. Ona nə lazım olsa, edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5216
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi

Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi

27 iyul 2024 , 16:18
Bütün dövrlərin ən gözəl aktrisası  kimdir?

Bütün dövrlərin ən gözəl aktrisası kimdir?

27 iyul 2024 , 14:30
Ehtiram Hüseynov buzlu su  ilə sağalır

Ehtiram Hüseynov buzlu su ilə sağalır

27 iyul 2024 , 10:38
61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55