"Soy" prodakşının rəhbəri Oqtay Əliyev müğənni Kərim Abbasovu məhkəməyə verib. Lent.az-ın məlumatına görə, bu barədə Kərim “Hər şey daxil” verilişində danışıb. O bildirib ki, O.Əliyev ondan 200 min manat təzminat istəyir:
"Bir dəfə mənə qarşı cinayət işi açdırmışdı. hakim gördü gülməli mövzudur, qəbul etmədi. İndi də demədiyim bir kəlməyə görə mülkü iş üzrə məhkəməyə verib. 200 min manat təzminat istəyir. Oqtay Əliyev, siz 200 mini üst-üstə görmüsünüz? Mən görməmişəm. Məhkəmə fevralın 15-də olacaq. Amma mən sizi və ailənizi çox istəyirəm".