Müğənni Damla yeni fotosessiya etdirib.
Lent.az-ın məlumatına görə, ifaçı yeni şəkillərini 2 milyonluq instaqram səhifəsində paylaşıb. O, paylaşımına “Bədənimi donduran qışa razıyam. Təki qəlbimi üşüdən söz eşitməyim”, - şərhini qeyd edib.
Onu da əlavə edək ki, bu yaxınlarda Damlanın yenidən ana olmağa hazırlaşdığı xəbəri yayılmışdı. Müğənni xəbəri təkzib edərək bildirib ki, hamiləlik xəbərinin yayılmasına səbəb, “Yara” adlı klipində hamiləlik görüntülərinin yer almasıdır.