“Xalq ulduzu”nun yadda qalan iştirakçılarından olan İlahə İbadova həyat yoldaşı ilə boşanmasından danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Ona qalsa” verilişində bildirib ki, övladı atasını görə bilmir:
“Ailə quracağım şəxsi imkanı olsun deyə seçməmişdim. İndi bir çox qızdan soruşursan, deyir ki, imkanlı oğlana ərə gedəcəm. Amma mənim elə düşüncəm olmayıb. Yəqin oğlan evlənib, bir uşağı olandan sonra boşanmaq arzusunda imiş. Valideynləri də bilir ki, hər şeyi yola verən adamam. Qızımı görməyə gözləri yoxdur. Ümumiyyətlə, onlar üçün elə bil belə uşaq olmayıb. Keçmiş yoldaşım məndən sonra evləndi, 2 uşağı var. Mən onlara zəng edə bilmərəm. Onun yoldaşı telefonda adamı elə yuyub sərər ki...
Mən efir adamıyam, amma o elə danışır ki, onunla bacarmaram. Düşünürəm ki, ona bir veriliş də verək. Danışmaqda yaxşıdır. Mən onun yanında danışmaqda acizəm. Mən günübacılıq etmirəm”.
Qeyd edək ki, İ.İbadova Mirsaleh Əliyev adlı həmkarı ilə evli olub, boşanıb. Cütlüyün bu evlilikdən Ayan adlı bir qızı var.