Türkiyəli tanınmış aktyor İlker Aksum ata olacağını açıqlayıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşının 2 aylıq hamilə olduğunu deyən 52 yaşlı aktyor, ata olmaq üçün gecikdiyini bildirib.
“30 yaşında uşaq sahibi olmadığıma görə peşmanam. Bunun üçün çox təəssüflənirəm”,-deyə Aksum qeyd edib.
Qeyd edək ki, aktyor iki ildir birlikdə olduğu Dilay Ekmekçioğlu ilə bu ilin iyun ayında ailə həyatı qurub.