Amerikalı aktrisa Natali Portman 11 illik evliliyindən sonra əri Benjamin Millepieddən boşanmağa hazırlaşır,
Lent.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xarici mətbuat 42 yaşlı aktrisa ilə rəqs rejissoru arasında ciddi fikir ayrılığı olduğunu yazıb.
Bu barədə tərəflərdən heç biri rəsmi açıqlama verməyib.
Natali Portman həmişə şəxsi həyatını ictimaiyyətdən gizli saxlamağa çalışıb, ona görə də baş verənləri şərh etməyi planlaşdırmır.
Onlar uşaqları və əri ilə birlikdə parkda gəzərkən göz yaşlarını sildiyi müşahidı edilib.
Fotoları görən aktrisanın pərəstişkarları ona dəstək olduqlarını bildiriblər.