Fərda Xudaverdiyev: “Ölümün son nöqtəsindən döndüm...” – MÜSAHİBƏ
Mayın 25-də Heydər Əliyev Sarayında tanınmış yumorist Fərda Xudaverdiyevin “Stand up” show formatında “Tək səbir” adlı ilk solo konserti olacaq. Konsertin təşkilatçısı Heydər Əliyev Sarayı, informasiya dəstəyi Lent.az-dır.
Konsertdən öncə yumorist ilk müsahibəsini Lent.az-a verib. Müsahibədə Fərda bir neçə gün öncə düşdüyü yol qəzasından, qarşıdakı konsertindən və yaradıcılığından danışıb.
- Konsert qabağı bu nə hadisə idi başınıza gəldi?
- Vallah, bircə onu bilirəm ki, mən yaşamağıma hələ bu qədər şükür etməmişdim. Maşını görsəniz, inanmazsınız ki, ordan adam salamat çıxa bilər. Maşın vurulandan sonra mən bir neçə dəqiqə əlimi sükandan çəkə bilmədim. Şok vəziyyətinə düşmüşdüm. Bilmirdim, bu, mənəm, yoxsa ruhum? Sağam, yoxsa ölü? Mən indiyə kimi belə ağır yol qəzası keçirməmişdim. 11-ə qədər maşınım olub. Maşınları tez-tez dəyişmişəm. Məndə bir az maşın xəstəliyi var. Ən axırıncı bu idi. O da belə oldu. Düzdür, günah məndə deyildi. Amma nə qədər peşəkar sürücü olsan da, qəzadan uzaq olmaq mümkün deyildi. İki dəqiqə sonra başımı çevirib yandakı binalarda camaatın baxdığını görəndə dərk etdim ki, ağır qəza keçirmişəm. Allaha şükür ki, özümüzə bir şey olmadı. Sadəcə başım və ayağım yüngül zədə aldı.
- Düzdür, günah qarşı tərəfdə olub. Amma sizin də maşını cərimə meydançasına aparıblar. Özü də bildiyimə görə, sənədiniz olmadığı üçün.
- Sürücülük vəsiqəsi yox idi. Düzü, 12 ildir maşın sürürəm, indiyə kimi mənim sürücülük vəsiqəm olmayıb. Özüm maşın sürməyi öyrəndim deyə nəsə bunun üstünə düşmədim.
- Amma bundan sonra düşərsiniz, yəqin.
- Hə, artıq bu gün məktəbə yazıldım. İnşallah, üç ay ərzində vəsiqəmi alacam (gülür)
- Müsəlmanın başı gərək daşa dəyə də?
- Hə, vallah. Bir də artıq öləndə xəstəxanaya gedirik. Mən də maşını vurandan sonra, bir də sığortam da olmadığına görə, ağlım başıma gəldi. Atam həmişə deyirdi ki, oğul, sürücülük vəsiqəsi al. Nə isə, canımız sağ olsun. Var-dövlət, şan-şöhrət dalınca qaçan insanlara başına gələn biri kimi demək istəyirəm ki, həqiqətən də həyatda can sağlığından gözəl heç bir şey yoxdur. Mən neyləyirəm o əyri ayağı ki, onunla “Porsche”, “Range Rover” sürəcəm?! Bu günümə min şükür. Mən ölümün son nöqtəsindən döndüm. Tanrı məni sevənlərimə, anamın dualarına bağışladı.
- Keçək əsas mətləbə. Bir neçə gündən sonra Heydər Əliyev Sarayında ilk solo konsertiniz olacaq. Özü də Azərbaycanda ilk dəfədir belə bir formatda konsert keçiriləcək. Neçə vaxtdır buna hazırlaşırsız?
- Hardasa iki ilə yaxındır. Mən bu formatın tarixinə kimi oxudum. “Stand up” show formatı 1881-ci ildə yaranıb. Cim Kerri bu formatla başlayıb. Türkiyədə Cem Yılmaz bunu nə dərəcədə populyarlaşdırdı. Mən də 2003-cü ildə “Tək səbir”dən tək danışa-danışa tanındığıma görə, fikirləşdim ki, yüz faiz bunu edə bilərəm. Sadəcə, format bir az dəyişik var. Səmimiyyətə üstünlük veriləcək, mövzu müxtəlif olacaq. 7-8 mövzu ətrafında fırlanmaq, tamaşaçı ilə zarafat etmək və s. Bütün detalları ölçüb-biçdim, yazıb-pozdum, güzgü qabağında məşq etdim. Getdiyim bir çox məclislərdə sınaqdan keçirmək məqsədilə başladım bu formatda danışmağa. Və gördüm ki, bu format mənim monoloq formatımdan daha çox qəbul olunur. Düzdür, bizdə belə bir xüsusiyyət var – bu gün bir işi görürsən, onu heç kim tərifləmir. Üstündən bir neçə il keçəndən sonra başqa bir iş görəndə o saat deyirlər ki, o biri çox gözəl idi, onu niyə eləmədin? Amma bu formatla bağlı hazırda heç kimin fikri mənim üçün o qədər də maraqlı deyil. Çünki xaricdə, qardaş Türkiyədə bunun ən gözəl göstəriciləri var. Azərbaycanda isə belə bir şey olmayıb. Ona görə də məni qəbul edən, yumorumu dəstəkləyən insanlar üçün bir ilkə imza atmaq istədim. Bəlkə də sonra “stand up” teatrı yaranar, nə bilmək olar. Bir də mən düşünürəm ki, tamaşaçını güldürmək üçün 7-8 nəfərin səhnəyə çıxmağı o qədər də vacib deyil. Elə bir nəfər də bunun öhdəsindən gələ bilər.
- Necə hesab edirsiz, bu format Türkiyədə Cem Yılmazın timsalında sevildiyi qədər burda da sizin ifanızda qəbul olunacaq?
- Heydər Əliyev Sarayının səhnəsizə çıxmazdan öncə mən bunu iki məkanda sınaqdan keçirdim. Bu işdə mənə həm mənəvi, hım də yaradıcı baxımdan dəstək olan “Tək səbir”in yaradıcısı Həsəndir. Onunla belə bir qərara gəldik ki, bu şounu klublarda sınaqdan keçirək. İlk dəfə Caz klubda göstərdik. İki saat danışıb səhnədən çıxandan sonra məni tanıyan adamlar gəlib soruşdular ki, vəssalam, qurtardı? İkinci dəfə də rusdilli tamaşaçılar qarşısında çıxış etdim. Hər biri maraqla qarşılandı və bəyənildi. Zarafatların çoxu sınaqdan çıxmış zarafatlardır. Yazdığım ssenariyə görə deyə bilərəm ki, tamaşaçılar ürəkləri istədikləri qədər gülə, istirahət edə biləcəklər.
- Ssenaridə əsasən hansı mövzular əhatə olunacaq?
- Demək olar ki, sırf Azərbaycana həsr olunacaq. Bütün mövzular həyatdan götürülüb. Onları hamı yaşayıb. Elə şeylər tapmışıq ki, ona gülməmək mümkün deyil. Qlobal, gündəmdə olan mövzulara toxunmuşuq. Bircə onu deyim ki, şou-bizneslə bağlı zarafatımız olmayacaq. Çünki bu mövzu həmkarlarım tərəfindən yetərincə işlənib.
- Deməli, yeniliyin biri elə bunda özünü göstərəcək.
- Ən böyük yenilik budur. Çoxları dedi ki, bu, maraqlı mövzudur. Amma dedim yox, bu mövzu yetərincə var. Ümumiyyətlə, şou-biznes əhlini çox önə çəkirlər. Artıq müğənnilər konsertlərdə, məclislərdə hətta aparıcılıq belə edirlər. Bəs bu aktyor heyəti neyləsin? Müğənni bir mahnı ilə özünü 5-6 ay dolandıra bilirsə, bizdən tamaşaçı hər dəfə yeni ssenari tələb edir. Konsertdə şou-biznes mövzusuna toxunmasam da, sənətçi qonaqlar olacaq. Hərəsi ilə bir-iki zarafat edəcəm, sonra da mikrofonu onlara ötürəcəm. Təxminən 3 saatlıq proqramdır. 40 dəqiqədən bir müğənni səhnəyə çıxacaq. Aparıcı da Həsən olacaq. Heydər Əliyev Sarayı bu konserti təşkil etməyi öz boynuna götürdü. Mən sarayın direktoru Fərhad Babayevə təşəkkürümü bildirirəm ki, mənə güvəndi və dəstəklədi. Mən də o ehtimalı doğruldacam, inşallah.
- Dəvətlilər sırasında həmkarlarınız olacaq? Məsələn, Müşfiq. Bir müddət öncə aranızdan soyuq küləklər əsmişdi.
- Əlbəttə, dəvət edəcəyik. Hazırda nə Elməddinlə, nə Müşfiqlə heç bir problemim yoxdu. Hamısına demişəm, gəlib baxacaqlar. Bir də, bu konsert o demək deyil ki, mən bundan sonra ancaq bu formatda çıxış edəcəm. Sabah hansısa teatrda da çalışa bilərəm. Amma bu elə bir formatdır ki, məndən plastikanı, parik qoyub səhnəyə çıxmağı tələb etmir. Bunu öz xəttim olaraq seçdim.
- Demək istəyirsiz ki, bu dəfə də tamaşaçılar sizi qadın paltarında görməyəcəklər.
- Yox, görməyəcəklər. Bu, çox insanların qəlbində böyük arzu olaraq qaldı (gülür). Ona görə yox ki, mən bir söz demişəm və sözümün ağasıyam. Sadəcə xarakter olaraq, bunu qəbul edə bilmərəm. Ağlıma gətirə bilmirəm ki, güldürmək xatirinə əynimə qadın paltarı geyinim. Ola bilər ki, mənim növbəti konsertimə kimi bir neçə il keçsin, fasilə yaransın. Amma o müddətdə mənə yüksək qonorar məbləğində qadın rolu oynamağı təklif etsələr belə, vallah, oynaya bilmərəm. Baxmayaraq ki, hamının pula ehtiyacı var, xüsusən də sənət adamlarının. Bəlkə də məni qınayırlar ki, aktyor sənətinə yiyələnməyib. Amma xalq artisti Yaşar Nuri mənə deyirsə ki, artıq sənin buna ehtiyacın yoxdur bu, mənə bəsdir. Mən bu işdən zövq alıram.
- Sizin də çəkildiyiniz “Toy”, “İnter papa” kimi filmləriniz tamaşaçılar tərəfindən bəyənildi və sevildi. Amma davamı gəlmədi. Niyə?
- Problem də elə onun davamındadır. Onu həyata keçirmək üçün maliyyə lazımdır. Kimsə dana bilər, amma bütün sənət əhlinin gəlir mənbəyi toylardır. Mən bütün günü toyda əziyyət çəkim, yığım o pulla kino çəkim, satışa çıxarım və heç bir qəpik də qazanmayım. Bu qədər də özünü fəda etmək olmaz axı. Yaradıcılıq qurban tələb edir, mən o qurbanları göstərdim. Sonuncu “Niyə” kinokomediyasından hələ bir qəpik qazanmamışam, baxmayaraq ki, yaxşı satılır. O pul hara gedir, kim qazanır? Hamı qazanır, bir bizdən başqa. Əlimizdə “İnter papa 2”, “Niyə 2” filmlərinin ssenarisi var. Türkiyədə yaşayan Təvəkkül adlı dostumuz “Can fəda” adlı bədii filmin ssenarisini yazıb. Amma maliyyə yoxdur. Aylarla işığın altında, qrimdə qalmaq və digər yaradıcı əziyyətdən sonra onun bəhrəsini görə bilməyəndə insan daxilən sınır. Düzdür, nə qədər müraciət edirsənsə, xeyri yoxdur. Amma yenə də müraciət edirəm ki, dəstək olmaq lazımdır. Bəsdir, türklərə ağzımızın suyunu axıda-axıda baxdıq. Orada “Fatmagülün suçu nə” serialına baxırlarsa, bizim kanalda da heç olmasa birinə baxsınlar. Başa düşürük, məsələn, “Muhteşem yüz yıl” serialının bir seriyasına 300 min pul xərclənir. Bizdə də heç olmasa hər seriyasına 10 min xərclənən bir film olmalıdır axı. Bizdə o maliyyə də var, amma niyə eləmirlər, bilmirəm. Üzü ucuzluğa gedirik. Ona görə də mən efirlərdən uzaqlaşdım.
- Elə söz düşmüşkən, “Tək səbir” tamaşaçıların izlədiyi bir veriliş idi. Dayandırılmasının səbəbi nə oldu?
- Birincisi, yenilik olmayanda yumor insanı adiləşdirməyə aparır. Heç bir dəyişiklik, maliyyə uğuru görməyəndən sonra nə əhəmiyyəti var?! Stimul olmalıdır mütləq. Bu il müəyyən məbləğlə çalışırsan, növbəti il reytinqini nəzərə alıb gəlirinə əlavələr etməlidirlər. Bu olunmadı. Ona görə də üzü ucuzluğa getməkdənsə, efirdə yumoru dayandırmaq qərarına gəldim.
- Yaxşı məbləğ müqabilində təklif gəlsə, qəbul edərsiz?
- Yaxşı təklif olsa, sözsüz, qəbul edərəm. Mən həftədə iki dəfə də ssenari yaza bilərəm. Hər şey təklifdən asılıdır. Amma təəssüf ki, elə bir təklif yoxdur. Hamı gözləyir ki, mənim qapım döyülsün, bir saat gözlədib sonra qəbul edim... Azərbaycan səviyyəsində serial çəkilir və ölkənin üzdə olan yumoristik aktyorlarına güvənilmir. Bunun özü bir problemdir. Nə bilim vallah, görək də.
- Bu “stand up”dan sonra onun ardını da etməyi düşünürsüz?
- Bəli, düşünürəm. Bir neçə aydan sonra ikinci konserti keçirmək fikrim var. Yəqin ki, payıza, inşallah. Onun da materiallarının bəziləri artıq hazırdır. Bu formatı öz çiynimə götürmüşəm və ləyaqətlə aparacağıma əminəm.
- Sizdən sonra həmkarlarınızdan hansısa bu formata müraciət etsə, necə qarşılayarsız?
- Çox gözəl. Seçim çox olanda, rəqabət yarananda tamaşaçı üçün də maraqlı olar. Hazırda “stand up” formatında mənə rəqib yoxdur! Bir tərəfdən bu mənə ahatdır. Bir tərəfdən də məni kiminlə müqayisə edəcəklər? Sosial şəbəkələrdə bunun bir fraqmentini qoymuşuq. İzləyənlər müxtəlif şərhlər yazırlar. Bəziləri yazır ki, Fərda özünü Cem Yılmaza oxşatmaq istəyir. Kimsə də ona cavab verir ki, Cem Yılmazın tərzi başqadır, o, Türkiyədən, Fərda Azərbaycandan danışır. Bizim millətin belə haqsız yanaşmaları olmaya da. Axı Fərda 2003-cü ildə monoloq danışanda sən heç Cem Yılmazı tanımırdın. Azərbaycanda bir neçə kanal vardı, peyk antenaları bu qədər yayılmamışdı. Mənim haqqımı yeməyin də. Axı mən efirə birinci monoloqla gəlmişəm. İndi də eyni monoloq kimi bir şey olacaq. Sadəcə, onu daha səmimi təqdim edəcəm. Mən demirəm peşəkaram, amma yaşım imkan verdiyi qədər çalışacam hər şey qaydasında və gözəl olsun. Ən azından tamaşaçı istirahət edə bilsin. Əgər pul verib konsertimə gülmək üçün gəlmisənsə, güləcəksən, buna arxayın ol!
Xəyalə Muradlı

2360