Azəri qızı Günelin keçmiş sevgilisinin fotosu ortaya çıxdı
27 mart 2009 14:00 (UTC +04:00)

Azəri qızı Günelin keçmiş sevgilisinin fotosu ortaya çıxdı

Azərbaycanlı iş adamı Rza Zərrab hazırda Ebru Gündəşlə birlikdədir
Azəri qızı Günellə Ebru Gündəşin əldə etmək üçün mübarizə apardıqları azərbaycanlı iş adamı Rza Zərrabın fotosu ilk dəfə ortaya çıxıb.

Lent.az-ın məlumatına görə, həmin şəkli medyadrom.com saytı yayıb. 25 yaşlı iş adamının Bakıda iri neft biznesinin olduğu bildirilir.

Qeyd edək ki, Rza Zərrab Azəri qızı Günellə 8 il eşq yaşayıb, onlar ötən ilin oktyabrında ayrılıblar. Daha sonra Zərrabın Ebru Gündeşlə sevgili olduğu ortaya çıxıb. Bundan sonra Günellə Gündəş arasında söz atışması başlayıb. Günel Rza Zərrabın hələ də ona sevgi mesajları göndərdiyini iddia edib. Ebru Gündəş isə bur iddiaların doğru olmadığını bildirib. Ən sonda mübahisələrə Rza Zərrab da qatılıb və o, Günelin yalan danışdığını deyib, Azəri qızının onunla barışmaq üçün hətta ibrahim Tatlısəsi elçi saldığını söyləyib.
# 2339

Oxşar yazılar