Polad Alemdar köşə yazarı oldu
24 mart 2009 14:00 (UTC +04:00)

Polad Alemdar köşə yazarı oldu

“Kürtlar vadisi” serialının baş qəhrəmanı “Polad Alemdar” obrazını canlandıran Necati Şaşmaz köşə yazarı olub.


Lent.az-ın məlumatına görə, serialın istehsalçıları internet qəzeti yaradıblar.

Yazete.com ünvanı verilən xəbər portalında Türkiyədə və dünyada baş verən ən müxtəlif hadisələr barədə xəbərlər, şərhlər və köşə yazıları yer alıb. Köşə yazarlarının arasında Necati Şaşmaz, Sönməz Aatsoy (“Halo dayı”) və serialın ilk ssenari yazarlarından olan Ömər Lütfü Mete də var.

Hazırda test yayımında olan internet qəzeti bu gün saat 18.00-da fəaliyyətə başlayacaq.
# 1302

Oxşar yazılar