Xalq artisti Röya Ayxan oğlu Hüseynin tərbiyəsindən söz açıb. Lent.az-ın məlumatına görə, müğənni "Sözüm var" verilişində övladı barədə bu sözləri deyib:
"Oğlum çox sərbəstdir. Mən necə yaşayıram, o da elə. Amma qorxuram ki, bir yerə qonaq gedəndə nəsə artıq hərəkət edər. Onun hələ tam qanmadığı vaxtlardır. Oğlan uşağıdır, onun tez böyüməsindən qorxuram. Uşaq, uşaq kimi olmalıdır. Onun bütün dostları elə mənim dostlarımdır. Hər zaman böyüklərlə dostluq edib. Çöldən dostluq etmək istədiyi uşaqların 16-17 yaşları var idi. Buna da mən icazə vermədim. Hərdən onu aldadırlar. Məsələn ona bahalı hədiyyə alıram, aldadıb əlindən alırlar. İndi ona başa salmışam ki, aldanmasın".