Kişmişin bu faydasını bilirsiniz? – İSLADIB, sonra...
06 fevral 2020 12:49 (UTC +04:00)

Kişmişin bu faydasını bilirsiniz? – İSLADIB, sonra...

Üzüm qurusu-kişmişin faydaları saymaqla bitməz.

Zəngin qlükoza deposu, kaliumu bol olan kişmiş bütün əsas minerallar, vitaminlər və antioksidantlar daxil olmaqla təbiətin bizə təqdim etdiyi hədiyyələrlə doludur. Onun içərisində, xolesterin ən yaxşı aşağı salan və xərçəng əleyhinə keyfiyyətləri ilə tanınan resveratrol kimi tanınan fitokimyasalları var. Tək yeyiləcək qədər ləzzətli olmalarına baxmayaraq, yüzlərlə yeməkdə istifadə edilir. Salatlarda və xörəklərdə mütəmadi istifadə olunur.

Kişmiş dəmir, mis və B kompleks vitaminləri ilə doludur. Gündəlik pəhrizə dəyərli bir töhfə verir. Mütəmadi olaraq kişmiş yeyəndə qan azlığından və ya dəmir çatışmazlığından uzaq dura bilərsiniz.

Kişmiş içərisində kateşinlər kimi tanınan yüksək səviyyələrdə polifenolik antioksidantlar, şişlərin, xüsusilə də kolon xərçənginin yaranmasına səbəb olan sərbəst radikalları ovlayırlar. Pəhrizinizə kişmiş daxil etmək, bir çox xərçəng növünün qarşısını almağın ecazkar bir yoludur.

Kişmişin xüsusilə zəngin lif məzmunu ehtiva etdiyi məlumdur. Bu səbəblə, xroniki qəbizliyi müalicə etmək üçün böyük bir çarə olaraq istifadə edilir. Bağırsaq hərəkətlərinizi nizamlı hala gətirmək istəyirsinizsə, mədə-bağırsaq sisteminizi sağlam saxlamaq üçün müntəzəm olaraq kişmiş yeyin.

Suda saxlandıqdan sonra yeyilməsi və suyunun içilməsi kişmişin özünü yeməkdən daha çox faydalıdır.

Axşamdan 20-25 ədəd qara kişmişi 1 stəkan ilıq qaynanmış və ya daha yaxşı filtrdən keçirilmiş suya qoyun, səhər acqarına suyunu için, kişmişləri də yeyin.Bu zaman kişmişlər boşalır daha rahat həzm olunur, suyu isə ürək-damar sistemi və qaraciyər üçün çox faydalıdır.

Qaraciyərin bütün xəstəliklərində, öd durğunluğu, ümumi zəiflikdə, ürək zəifliyində, yorğunluqda və yaddaş zəifliyində içilməsi məsləhətdir.

Kişmiş suyunu profilaktik məqsədi ilə də içə bilərsiniz. Bu içki bağısaqlar üçün də çox faydalıdır, çünki tərkibində zəngin sellüloza vardır, babasil zamanı da içilməsi faydalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10551
avatar

Oxşar yazılar