Yuxuda xəyanət  görən kişi oyanıb arvadını öldürdü
22 aprel 2025 11:29 (UTC +04:00)

Yuxuda xəyanət görən kişi oyanıb arvadını öldürdü

Özbəkistanda yuxuda arvadının onu aldatdığını görən kişi qadını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Fərqanə rayonunun Margilan şəhər sakini həyat yoldaşının sevgilisi olduğunu düşünərək yastığının altında bıçaqla yatıb və səhər saat 04:30-da oyanıb.

O, təşviş içində bıçağı çıxararaq yatmış arvadına 13 bıçaq zərbəsi vurub. Sonra kişi nəhayət ki, xəyanəti yuxuda gördüyünü başa düşüb və təcili yardım çağırıb. Amma artıq gec olub. Gələn həkimlər 3 uşaq anası olan yaralı qadını xilas edə bilməyiblər.

Məlum olub ki, ailədə qısqanclıq zəminində münaqişələr mütəmadi olaraq baş verib. Nəticədə həmin şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930

Oxşar yazılar